- Transfer
- 18:38 24.11.2024
“Qarabağ”dan ayrılan Asmir Beqoviçin İngiltərə Premyer Liqa təmsilçisi “Aston Villa” və ya “Vest Hem”ə keçidi baş tutmaya bilər.
Corner.az xəbər verir ki, bu haqda Britaniyanın “Daily Star” nəşri məlumat yayıb. İddia edilir ki, transferin bloklanması barədə qərar Asmirin müqavilə ilə məxsus olduğu “Borntmut” klubunun baş məşqçisi Eddi Hou verib.
Qeyd edək ki, Hou ilə Beqoviç arasında uzun müddətdir problemlər var. “Bornmut” turnir cədvəlində “Aston Villa” və “Vest Hem”in ən yaxın izləyicisidir. Eddi Hounun məhz buna əsas gətirərək Beqoviçin transferini əngəllədiyi bildirilir.
Qəzet Beqoviçin “Borntmut”dan getməyə israrlı, daimi oynamaq üçün hətta maaşının bir hissəsindən keçməyə hazır olduğunu yazıb. “Qarabağ”da oynamaq üçün bunu etdim, yenə də edərəm” – deyə Beqoviçin belə bir fikir söylədiyi iddia olunur. Amma bu məsələdə klubun də futbolçuya kömək etməli olduğu qeyd edilib.
Əgər Beqoviçin transferi məsələsində əngəl aradan qalxmasa, bu halda “Aston Villa” və “Vest Hem”in yayda bosniyalı başqa bir qapıçı, hazırda “Erzusumspor”da oynayan İbrahim Şehiçi ala biləcəyi bildirilir. İyunda Türkiyə “Erzurumspor”u ilə müqaviləsi başa çatacaq futbolçunun azad agent kimi bu iki klubdan birinə keçəcəyi istisna olunmur. Həmin dövrdə Şehiçin bazar qiymətinin ingilislərə sərf edəcək qiymətə - 1.5 milyon funta düşəcəyi bildirilir.(qol)