21 aprel 2026. Çərşənbə axşamı

Barselona Arda Turanla bağlı qərarını verdi


  • Transfer
  • 18:58 07.01.2020
  • Oxunma sayı: 543
Barselona Arda Turanla bağlı qərarını verdi

"Barselona" klubu futbolçusu Arda Turanla bağlı qərarını açıqlayıb. 

Corner.az-ın "Marca" qəzetinə istinadən verdiyi məlumatına görə, "Başakşehir"lə yollarını ayıran 33 yaşlı yarımmüdafiəçinin müqavilə ilə məxsus olduğu Kataloniya klubuna qayıtmayacağı dəqiqləşib.

Komandanın baş məşqçisi Ernesto Valverde türkiyəli futbolçunu komandasında görmək istəmir. Ardaya özünə yeni klub axtarması tövsiyə edilib. 

Nəşr iddia edir ki, Turanın "Barselona" ilə müqaviləsi olsa da, klubun qapıları onun üçün bağlanıb. Arda futbolçu karyerasına davam etmək istəyirsə, özünə yeni klub tapmağa çalışmalıdır.

Qeyd edək ki,  "Barselona" ilə müqaviləsi bu ilin iyul ayına qədər olan Arda Turanın sabiq komandası "Qalatasaray"a qayıdacağı iddia edilir. 







Transfer

Alvares üçün 200 milyon avro
  • Transfer
  • 22:13 20.04.2026
Alvares üçün 200 milyon avro