- Transfer
- 18:38 24.11.2024
Türkiyənin "Fanatik" qəzeti "Fənərbaxça"nın "Qarabağ"ın futbolçusu Mahir Emreli ilə maraqlanması haqda iddia irəli sürüb.
Corner.az xəbər verir ki, bu mövsümün əvvəlində 18 yaşlı iranlı hücumçu Allahyar Sayyamaneşi transfer edən İstanbul klubunun bu qış millimizin üzvünü transfer edə biləcəyi vurğulanıb.
Qeyd edək ki, 22 yaşlı hücumçu bu mövsüm Ağdam təmsilçisində 25 matçda 7 qol vurub, 6 qolun ötürməsi ilə yadda qalıb.(qol)