6 dekabr 2025. Şənbə

Mahir Emrelinin transferi ilə bağlı təklif almamışıq


  • Transfer
  • 13:09 08.01.2020
  • Oxunma sayı: 488
Mahir Emrelinin transferi ilə bağlı təklif almamışıq

"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov komandanın hücumçusu Mahir Əmrəlinin legioner həyatı yaşayacağı ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.

Corner.az-ın məlumatına görə, təcrübəli mütəxəssis Mahirin transferi ilə bağlı heç bir əcnəbi klubdan təklif almadıqlarını deyib.

Qeyd edək ki, Türkiyənin "Fənərbaxça" klubunun Azərbaycan millisinin üzvü ilə maraqlandığı iddia olunur. Bu barədə xəbəri qardaş ölkənin "Fanatik" qəzeti yayıb. 







Transfer