6 dekabr 2025. Şənbə

Beqoviç qayıdır? - Rəhbərlikdən rəsmi açıqlama


  • Transfer
  • 20:32 08.01.2020
  • Oxunma sayı: 443
Beqoviç qayıdır? - Rəhbərlikdən rəsmi açıqlama

Bu gün Britaniya mətbuatında müqavilə ilə "Bornmut"a məxsus olan Asmir Beqoviçin karyerasını  "Qarabağ"da davam etdirə biləcəyinə dair xəbərlər yayılıb.

Ağdam klubunun direktoru Əmrah Çelikel məsələyə münasibət bildirib.

O, açıqlamasında bosniyalı qapıçının transfer qiymətinin Ağdam təmsilçisinə uyğun olmadığını deyib: "Beqoviçə görə klubla arasında rəsmi danışıqlar dayandırılıb. Onun qiyməti bizim transfer üçün ayırdığımız büdcənin  üstündədir".

Xatırladaq ki, 32 yaşlı qolkiper sentyabr ayında 4 aylıq icarə əsasında "Qarabağ"a keçmişdi. O, Ağdam klubunda 2019-cu ilin sonuna qədər oynayıb.(qol)







Transfer