- Transfer
- 18:38 24.11.2024
Qətərin “Əl-Sədd” klubu baş məşqçiləri Xavi ilə bağlı bəyanat yayıb.
Ərəblər “Barselona” rəsmilərinin Dohada Xavi ilə danışıqlar aparmasından sonra bu açıqlama ilə çıxış ediblər.
Corner.az xəbər verir ki, klubun baş direktoru Turki Əli-Əli klubun saytında bildirib ki, Xavi və onun köməkçiləri “Əl-Rayan”a qarşı sabah keçiriləcək oyuna kökləniblər: “Biz əminik ki, “Barselona” kimi böyük klub belə məsələləri rəsmi kanallar vasitəsi ilə müzakirə etmək üçün yetərincə peşəkarlığa malikdir.
Xavinin “Barselona”ya gedəcəyi gözləniləndir. Çünki bu klub onun evidir. Xavi gələcəkdə ora qayıdacaq. Hazırda isə o, “Əl-Sədd”in baş məşqçisidir”. (qol)