6 dekabr 2025. Şənbə

52 yaşlı futbolçu ilə yeni müqavilə


  • Transfer
  • 12:53 11.01.2020
  • Oxunma sayı: 516
52 yaşlı futbolçu ilə yeni müqavilə

"Yokohama" dünyanın ən yaşlı peşəkar futbolçularından olan 52 yaşlı futbolçusu Kazuyoşi Miura ilə müqaviləsini yeniləyib.

Corner.az klubun rəsmi saytına  istinadən xəbər verir ki, Yaponiya təmsilçisi hücumçu ilə 2020-ci ilin  sonunadək sözləşmə imzalayıb.

Miura bununla da karyerasında 35-ci mövsümü də keçirə biləcək.  

Qeyd edək ki, K.Miura bu mövsüm "Yokohama"nın heyətində 5 oyuna çıxsa da, nə qol vura bilib, nə də qol ötürməsi ilə yadda qalıb.







Transfer