18 dekabr 2025. Cümə axşamı

Millimizin üzvü klubunu dəyişdi - debütdə 3 qol vurdu


  • Transfer
  • 21:09 11.01.2020
  • Oxunma sayı: 484
Millimizin üzvü klubunu dəyişdi - debütdə 3 qol vurdu

U-21 millimizin üzvü Fərid Nəbiyev Çexiyada klubunu dəyişib.

Corner.az xəbər verir ki, “Slaviya”dan  (Praqa) ayrılan 20 yaşlı hücumçu ölkənin ikinci liqa təmsilçisi “Viktoriya Jijkov"a transfer olunub. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

F.Nəbiyev yeni klubunda bu gün debüt də edib. O, “Budeyoviçe” ilə yoxlama matçında iştirak edib. Millimizin oyunçusu  komandasının 7:1 hesabı ilə qalib gəldiyi yoxlama görüşdə 32 dəqiqə meydanda olub və het-trikə imza atıb.

Xatırladaq ki, Fərid “Slaviya”da 2018-ci ildən çıxış edirdi. O, bu komandanın əvəzedici komandasının üzvü idi.

Qeyd edək ki, “Viktoriya Jijkov" ikinci liqada 16 turdan sonra 26 xalla 6-cı pillədə qərarlaşıb.(qol)







Transfer