18 dekabr 2025. Cümə axşamı

Astana Qriqorçukla yollarını ayırıb


  • Transfer
  • 16:40 13.01.2020
  • Oxunma sayı: 418
Astana Qriqorçukla yollarını ayırıb
"Astana" klubu Roman Qriqorçukla yollarını ayırıb.

Corner.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.

55 yaşlı mütəxəssislə müqavilə qarşılıqlı razılaşma əsasında ləğv olunub. Ukraynalı mütəxəssislə yanaşı, köməkçiləri - Mixail Savka, Anatoli Korotya və Andrey Qluşenko da paytaxt təmsilçisini tərk edib.

Qeyd edək ki, Qriqorçuk 2018-ci ilin yayında paytaxt təmsiçisinə baş məşqçi təyin olunmuşdu. "Astana" onun rəhbərliyi altında Qazaxıstan Premyer Liqası və superkubokunun qalibi olub. Qriqorçuk 2015-2018-ci illərdə “Qəbələ”ni çalışdırıb.






Transfer