18 dekabr 2025. Cümə axşamı

Qarabağ'ın sabiq futbolçusu Yaponiya klubunda


  • Transfer
  • 00:08 14.01.2020
  • Oxunma sayı: 459
Qarabağ'ın sabiq futbolçusu Yaponiya klubunda

"Qarabağ”ın sabiq futbolçusu Tarik Elyunussinin Yaponiya “Şonan Bellmar"ina keçidi rəsmiləşib.

Corner.az-ın klubun saytına istinadən xəbərinə görə, 31 yaşlı yarımmüdafiəçi ilə 2 illik müqavilə imzalanıb.

Qeyd edək ki, Elyunussinin son klubu İsveç AİK-i olub. 2019-cu ilin sonunda onun müqaviləsi başa çatıb.

Xatırladaq ki, norveçli oyunçu 2017-ci ilin yayında Ağdam təmsilçisi ilə müqavilə bağlasa da, zədəsi səbəbindən komandada möhkəmlənə bilməyib və cəmi altı ay sonra Azərbaycanı tərk edib.







Transfer