21 aprel 2026. Çərşənbə axşamı

Beqoviç rəsmən Milan'da


  • Transfer
  • 09:14 14.01.2020
  • Oxunma sayı: 440
Beqoviç rəsmən Milan'da

Mövsümün ilk yarısını icarə əsasında “Qarabağ”ın şərəfini qoruyan "Bornmut"un qapıçısı Asmir Beqoviçin “Milan”a keçidi rəsmiləşib.

Corner.az xəbər verir ki, klubun saytı 32 yaşlı qolkiperlə iyunun 30-na kimi müqavilə imzalandığını açıqlayıb. Təcrübəli qapıçı, İtaliya təmsilçisində də icarədə oynayacaq.

Beqoviç sabahdan etibarən yeni komandasının düşərgəsinə qoşulacaq. Yanvarın 16-da isə “Milan” onun üçün təqdimat mərasimi və mətbuat konfransı təşkil edəcək.

Qeyd edək ki, bosniyalı qolkiper Ağdam klubunda 17 oyun keçirib və 16 qol buraxıb.







Transfer

Alvares üçün 200 milyon avro
  • Transfer
  • 22:13 20.04.2026
Alvares üçün 200 milyon avro