15 avqust 2026. Şənbə

Arsenal'ın yetirməsi Zirə'də


  • Transfer
  • 16:29 14.01.2020
  • Oxunma sayı: 492
Arsenal'ın yetirməsi Zirə'də

"Zirə" klubu yeni futbolçu ilə anlaşıb.

Corner.az klubun mtbuat xidmətinə istinadən xəbər verir ki, qəsəbə təmsilçisi sierra leoneli Alie Sesayı heyətinə qatıb. 

25 yaşlı müdafiəçi ilə 1,5 illik müqavilə imzalanıb. 

Qeyd edək ki, London "Arsenal"ının yetirməsi olan Sesay daha əvvəl İngiltərənin "Lester", "Kolçester", "Kembric", "Barnet", İsveçin "Frey", Yunanıstanın "Kissamikos" və Bolqarıstanın "Arda" klubunda çıxış edib. Futbolçu həmçinin Sierra Leone yığmasının da üzvüdür.







Transfer