22 oktyabr 2024. Çərşənbə axşamı

KİV: “Neymar Barcelona-ya qayıdır”


  • Transfer
  • 15:34 24.10.2018
  • Oxunma sayı: 752
KİV: “Neymar Barcelona-ya qayıdır”
PSG-nin hücumçusu Neymar yenidən Barcelona-ya qayıda bilər. Corner.az Goal.az-a istinadən xəbər verir ki, Neymar Fransa klubuna keçdiyi üçün peşiman olub. 26 yaşlı “sambaçı” əvvəllər dəfələrlə Barcelona rəhbərliyinə müraciət edərək qayıtmaq istədiyini bildirib. Lakin Kataloniya klubu qəti şəkildə etiraz edib. Rəhbərlik Neymarın 2017-ci ildəki transferinin komandada xoş qarşılanmadığını bəhanə gətirib. Lakin indi vəziyyət tam dəyişib. Barcelona braziliyalının qaytarılmasının detalları üzərində işləyir. PSG-nin prezidenti Nasser Əl-

Xələfi etiraf edib ki, Paris klubu Neymarın geri qayıdacağı barədə yayılan xəbərdən narahatdır. Ötən yay transferi dövründə braziliyalının Real-la danışıqlar apardığı deyilirdi. Madridlilər rəsmi bəyanatla bu xəbəri təkzib etdi.






Transfer