6 dekabr 2025. Şənbə

Toqolu futbolçu yenidən Qəbələ'də


  • Transfer
  • 23:41 14.01.2020
  • Oxunma sayı: 430
Toqolu futbolçu yenidən Qəbələ'də

Toqolu yarımmüdafiəçi Yaovi Akakpo yenidən “Qəbələ”yə baxışa gəlib.

Corner.az xəbər verir ki, afrikalı futbolçu  “Qəbələ”nin Antalyada Macarıstanın MTK (Budapeşt) klubuna qarşı keçirdiyi yoxlama oyununda (0:3) da iştirak edib. O, əsas heyətdə meydana çıxıb. 


Qeyd edək ki, Akakpo ötən il də “Qəbələ”də baxışda olsa da, sabiq baş məşqçi Sənan Qurbanov yarımmüdafiəçini bəyənməmişdi







Transfer