“Şalke” klubu heyətini yeni futbolçu ilə gücləndirib.
Corner.az xəbər verir ki, Bundesliqa təmsilçisi “Barselona”nın müdafiəçisi Jan-Kler Todibonu transfer edib.
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 20 yaşlı futbolçu mövsümün sonunadək icarə əsasında “Şalke”də çıxış edəcək.
Bundesliqa klubu icarə üçün Kataloniya təmsilçisinə 1,5 milyon avro ödəyəcək.
Qeyd edək ki, “Barselona” ilə 2023-cü ilə qədər sözləşməsi olan Todibo, bu mövsüm cəmi 3 oyunda iştirak edib.