6 dekabr 2025. Şənbə

Yuventus Merihin əvəzinə yeni futbolçu alacaq?


  • Transfer
  • 20:53 16.01.2020
  • Oxunma sayı: 435
Yuventus Merihin əvəzinə yeni futbolçu alacaq?

"Yuventus" bu mövsümü erkən başa vuran futbolçusu Merih Demiralın yerinə futbolçu transfer etməyəcək.

Corner.az İtaliya mətbuatına istinadən yaydığı xəbərə görə, bu barədə klubun futbol direktoru Fabio Paratiçi məlumat verib: "Merih mövsümü erkən başa vursa da, yeni müdafiəçi transfer etməyi düşünmürük. Heyətimizdə yer alan futbolçular çox yaxşıdır. Kyellini geri dönəcək, ondan da faydalanacağıq. Yeni bir oyunçuya ehtiyac yoxdur".

Qeyd edək ki, əməliyyat olunan Türkiyə millisinin üzvünün 6-7 aydan sonra yaşıl meydanlara qayıdacağı gözlənilir.(qol)







Transfer