- Transfer
- 14:58 06.12.2025
"Sevilya" heyətini yeni futbolçu ilə gücləndirib.
Corner.az klubun saytına istinadən xəbər verir ki, Əndəlüs klubu "Leqanes"in hücumçusu Yusif Əl-Nəsirini transfer edib. 22 yaşlı futbolçu ilə 5,5 illik müqavilə imzalanıb. "Sevilya" bu transfer üçün qarşı tərəfə 20 milyon avro təzminat ödəyib.
Qeyd edək ki, "Leqanes" Mərakeşli futbolçunu 2018-ci ildə "Malaqa"dan 6 milyon avroya transfer etmişdi.