- Transfer
- 18:38 24.11.2024
"Sabah” heyətini yeni futbolçu ilə gücləndirib.
Corner.az klubun saytına istinadən xəbər verir ki, 36 yaşlı futbolçu Marko Deviç bu mövsümün sonuna kimi komandanın uğurları üçün çalışacaq.
Ukraynalı hücumçu 2018/19 mövsümündə də “Sabah”da çıxış edib. Deviç Bakı təmsilçisinin Premyer Liqada ilk qolunun müəllifidi. O, ötən mövsüm “Sabah” formasıyla çıxdığı 21 oyunda 8 qola imza atıb.
Marko karyerası ərzində “Zvezdara”, “Rad”, “Jeleznik”, “Vozdovats” (hamısı Serbiya), “Volın”, “Metallist” (Xarkov), “Şaxtyor” (hamısı Ukrayna), “Rubin”, “Rostov” (hər ikisi Rusiya), “Əl-Rayyan” (Qətər), “Vaduts” (Lixtenşteyn) klublarının uğurları üçün çalışıb. Hücumçunun son komandası “Vozdovats” olub.
Deviç Ukrayna millisində keçirdiyi 35 oyunda 7 qola imza atıb.