2 oktyabr 2026. Cümə

Susaeta Avstraliya klubunda


  • Transfer
  • 14:03 17.01.2020
  • Oxunma sayı: 471
Susaeta Avstraliya klubunda
İspaniyalı futbolçu Markel Susaeta Yaponiyanın "Qamba Osaka" klubundan ayrılıb.

Corner.az xəbər verir ki,  33 yaşlı hücumçu 2019-cu ilin sentyabrından çıxış etdiyi komandadan azad agent kimi ayrılıb. Susaeta Avstraliyanın "Melburn Siti" klubuna keçib. Klubun saytı təcrübəli futbolçu  ilə mövsümün sonuna qədər müqavilə imzalandığını açıqlayıb.

Qeyd edək ki, bask futbolçu “Atetik”dəki çıxışı ilə tanınıb. O, 12 il (2007-2019) Bilbao klubunun şərəfini qoruyub.(qol)





Transfer