21 aprel 2026. Çərşənbə axşamı

Podolski yenidən Süper Liqaya qayıdır


  • Transfer
  • 18:57 17.01.2020
  • Oxunma sayı: 515
Podolski yenidən Süper Liqaya qayıdır

Almaniyalı futbolçu Lukas Podolski yenidən Türkiyəyə qayıdır.

Corner.az xəbər verir ki, “Antalyaspor” klubu Podolski ilə razılığa gəlib.

Məlumatda rəsmi açıqlamanın yaxın günlərdə veriləcəyi bildirilib. Antalya təmsilçisinin baş məşqçisi Tamer Tuna 33 yaşlı futbolçu ilə danışıqlar aparıldığını təsdiqləyib. O, məsələnin 3-4 gün içərisində yekunlaşacağını deyib. 

Qeyd edək ki, Podolski hazırda Yaponiyanın “Vissel Kobe” komandasında çıxış edir. Əlavə edək ki,təcrübəli futbolçu bir dönəm “Qalatasaray”da da çıxış edib.







Transfer

Alvares üçün 200 milyon avro
  • Transfer
  • 22:13 20.04.2026
Alvares üçün 200 milyon avro