- Transfer
- 23:58 30.06.2026
“Qalatasaray”ın prezidenti Mustafa Cengiz Arda Turanın komandaya qayıtması barədə yayılan iddialara münasibət bildirib.
Corner.az xəbər verir ki, klub rəhbəri məşqçilər heyətinin belə bir tələbinin olmadığını bildirib:
“Yanvarın 2-də Fatih Terimlə 4 saatlıq iclas keçirdik.Ardanı Fatih Terimə dedim. A hərfi belə gündəmimizə gəlmədi. Bu xəbərlər ancaq sosial şəbəkələrdə dolaşır.
Qeyd edək ki, Arda Turan bir müddət öncə icarə əsasında çıxış etdiyi “Başakşəhər”dən ayrılıb. Təcrübəli oyunçu hazırda klubsuzdur.