21 aprel 2026. Çərşənbə axşamı

Messi Setyenə onu almağı tövsiyə etdi


  • Transfer
  • 16:47 19.01.2020
  • Oxunma sayı: 450
Messi Setyenə onu almağı tövsiyə etdi

"Barselona"nın kapitanı Lionel Messi "Mançester Siti"nin futbolçusu Serxio Aqüeronun komandaya transfer olunmasını istəyir.

Corner.az İspaniya mətbuatına istinadən xəbər verir ki, o  baş məşqçi Kike Setyenlə üz-üzə görüşərək, argentinalı hücumçunu almağı tövsiyə edib. Messinin Aqüeronu  4 ay yaşıl meydanlardan uzaqda qalacağı dəqiqləşən Luis Suaresin əvəzedicisi kimi gördüyü bildirilib.

Qeyd edək ki, 2011-ci ildən İngiltərə təmsilçisinin formasını geyinən S.Aqüeronun klubu ilə 2021-ci ilədək müqaviləsi var. O, bu mövsüm Premyer Liqada 16 oyuna çıxaraq 13 qol vurub və 3 qolun ötürməsini verib.(qol)







Transfer

Alvares üçün 200 milyon avro
  • Transfer
  • 22:13 20.04.2026
Alvares üçün 200 milyon avro