- Transfer
- 01:36 15.08.2026
Almaniya millisinin sabiq futbolçusu Lukas Podolski karyerasını yenidən Türkiyədə davam etdirəcək.
Corner.az xəbər verir ki, Superliqa təmsilçisi "Antalyaspor" 33 yaşlı hücumçunu heyətinə qatıb. Klubun mətbuat xidməti təcrübəli futbolçu ilə 1,5 illik müqavilə imzalandığını açıqlayıb.
Qeyd edək ki, Podolski Türkiyədə “Qalatasaray”da (2015-2017-ci illər aralığında) çıxış edib. “Köln”ün yetirməsi olan futbolçu, “Bavariya“, “Arsenal” (İngiltərə), “İnter” (İtaliya) kimi klubların da formasını geyinib. Podolski Almaniya yığmasında 130 oyun keçirib, 49 qol vurub.