- Transfer
- 18:38 24.11.2024
Qana millisinin futbolçusu Ovusu Kvabena icarədə olduğu İspaniyanın "Kordoba" klubunu "Qarabağ"a keçmək üçün tərk edib.
Corner.az-ın "Diario Cordoba" nəşrinə istinadən verdiyi məlumata görə, 23 yaşlı hücumçu müqavilə üzrə məxsus olduğu "Leqanes"in düşərgəsinə yollanıb. Kvabena bu addımı "Kordoba"nın razılığını almadan atıb.
O, Sequnda B təmsilçisinə ötən yay bir illik icarəyə verilib. Mövsümün ilk yarısında Kvabena 6 qol vurub. Afrikalı hücumçu "Kordoba"nın hücum xəttində yeganə futbolçu olub.
Qeyd edək ki, Ovusu Kvabena "Leqanes"ə 2017-ci ildə transfer olunsa da, daim icarədə olub. "Qarabağ"ın onu "Leqanes"dən almaq istədiyi və klublar arasında razılığın əldə edildiyi bildirilir.(report)