6 dekabr 2025. Şənbə

Sabah'dan ayrılan futbolçu Səbail'də


  • Transfer
  • 22:42 21.01.2020
  • Oxunma sayı: 422
Sabah'dan ayrılan futbolçu Səbail'də

Ötən ay “Sabah”dan ayrılan Hendrik Ekşteyn karyerasını yenidən ölkəmizdə davam etdirəcək.

Corner.az xəbər verir ki,  “Səbail” cənubi afrikalı yarımmüdafiəçini transfer edib. Bu barədə klubun rəsmi Feysbuk səhifəsi məlumat yayıb. Ancaq müqavilə müddəti və detalları açıqlanmayıb.


Qeyd edək ki, 28 yaşlı futbolçu ötən ilin avqustundan dekabrına qədər “Sabah”da  çıxış edib. O, bu mövsüm keçirdiyi 16 oyunda (13 Premyer Liqa, 3 ölkə kuboku) 3 qolla yadda qalıb.







Transfer