6 dekabr 2025. Şənbə

Kavani'nin anası PSJ-ni tənqid etdi


  • Transfer
  • 18:11 22.01.2020
  • Oxunma sayı: 421
Kavani'nin anası PSJ-ni tənqid etdi

PSJ-dən ayrılacağı gözlənilən Edinson Kavaninin gələcəyi ilə bağlı anası açıqlama verib.

Corner.az xəbər verir ki, “AS” nəşrinə danışan Berta Qomez Paris klubunu tənqid edib. O bildirib ki, paytaxt təmsilçisi oğluna düzgün münasibət göstərmir:

“Oğlum “Atletiko” ilə danışıq aparır. PSJ rəhbərliyi “Atetiko”dan gələn hər üç təklifi rədd etdi. Amma oğlum  getmək istəyir.

Durum qarşıqıdır. Kavani indi olmasa belə, yayda Madrid klubuna getməyi panlaşdırır. İllərdir bu tranfseri gözləyirik. Ancaq bu mənim oğluma deyil, klublara bağlı bir məsələdir.

PSJ oğlumun 7 illik xidmətinə rəğmən ona normal münasibət bəsləmir. Əgər futbolçunu oynatmırsınızsa, qoyun, “Atletiko” kimi hücumçuya ehtiyacı olan bir kluba getsin”(qol)







Transfer