6 dekabr 2025. Şənbə

Qarabağ italiyalı hücumçu alır


  • Transfer
  • 22:16 25.01.2020
  • Oxunma sayı: 494
Qarabağ italiyalı hücumçu alır
"Qarabağ" heyətini daha bir legionerlə gücləndirə bilər.

Corner.az xəbər verir ki, bu barədə İtaliya mətbuatı məlumat yayıb.

Ağdam klubunun İtaliyanın B Seriyasında çıxış edən "Çittadella"nın futbolçusu Cüzeppe Paniko ilə maraqlandığı iddia olunur. 22 yaşlı hücumçunu B Seriyasının bir neçə klubu da transfer etmək istəyir. Onun klubu ilə müqaviləsi bu mövsümün sonuna qədərdir.
 
Qeyd edək ki, Paniko İtaliyanın U-17, U-18, U-19 və U-20 yığmalarında oynayıb. "Cenoa"nın yetirməsi 2018-ci ildən "Çittadella"da çıxış edir.(qol)





Transfer