- Transfer
- 23:58 30.06.2026
"İnter" heyətini yeni futbolçu ilə gücləndirməyə hazırlaşır.
Corner.az "La Gazzetta Dello Sport"a istinadən xəbər verir ki, İtaliya təmsilçisi "Çelsi"nin hücumçusu Oliviye Jiru ilə razılığa gəlib. Fransalı futbolçunun transferinin yaxın vaxtlarda açıqlanacağı bildirilib. 33 yaşlı futbolçunun İtaliya klubunda illik 4 milyon avro qazanacağı yazılıb.
Qeyd edək ki, O.Jiru 2018-ci ildən "Çelsi"də çıxış edir.