2 iyul 2026. Cümə axşamı

Lo Çelso Tottenhem'də qalacaq - Mourinyo


  • Transfer
  • 12:41 26.01.2020
  • Oxunma sayı: 409
Lo Çelso Tottenhem'də qalacaq - Mourinyo

"Tottenhem"in baş məşqçisi komandada icarə əsasında çıxış edən futbolçusu Covani Lo Çelsonun oyununu dəyərləndirib.

Corner.az Britaniya mətbuatına istinadən xəbər verir ki, 56 yaşlı mütəxəssis. 23 yaşlı yarımmüdafiəçinin London təmsilçisində davamlı olaraq qalmasını istədiyini bildirib: "Məncə, o oğlan öz işi ilə bu qərara layiqdir, ona görə də "Tottenhem"də qalacaq. Mən gələndən bəri çox irəliləyib, inkişaf edib. Lo Çelsonun oyunu klubunu onu geri qaytarmaq seçimini etməyə məcbur etdi".

Qeyd edək ki, C.L.Çelso müqavilə ilə "Betis"ə məxsusdur.(qol)







Transfer