2 iyul 2026. Cümə axşamı

Krespo'nun yeni iş yeri


  • Transfer
  • 17:48 26.01.2020
  • Oxunma sayı: 437
Krespo'nun yeni iş yeri

Argentina millisinin sabiq futbolçusu Ernan Kresponun yeni işi məlum olub.

Corner.az xəbər verir ki, o, yerli komandalardan "Defensa və Xustisiya"ya baş məşqçi təyin edilib. Lakin kubun rəsmi saytı müqavilənin detallarını açıqlamayıb.

Qeyd edək ki, E.Krespo karyerası ərzində "Milan", "Latsio", "İnter", "Cenoa", "Parma" kimi komandaların formasını geyinib. O, İtalyanın "Modena" və Argentinanın "Banfild" komandalarını da çalışdırıb.

Əlavə edək ki, "Defensa və Xustisiya" hazırda Argentina çempionatının turnir cədvəlində 21 xalla 16-cı yeri tutur.(qol)







Transfer