21 aprel 2026. Çərşənbə axşamı

Tobol'un erməni baş məşqçisi Balayevdən danışdı


  • Transfer
  • 14:04 27.01.2020
  • Oxunma sayı: 639
Tobol'un erməni baş məşqçisi Balayevdən danışdı

Azərbaycan millisinin üzvü Emil Balayevin çıxış etdiyi “Tobol” qış fasiləsində ilk yoxlama oyununu keçirib.

Corner.az xəbər verir ki, Qazaxıstan təmsilçisi Slovakiyanın “Jilina” klubu  ilə qarşılaşıb. Görüş 1:1 hesabı ilə sona çatıb. Emil Balayev oyunun iştirakçısı olmayıb.

Komandanın erməni baş məşqçisi Qriqori Babayan matçdan sonra klubun saytına verdiyi müsahibəsində Balayevin oynamamasının səbəbuini açıqlayıb: “Belə rəqiblərlə oynamaq hər zaman yaxşıdır. Ancaq bilirsiniz ki, biz hələ tam hazır deyilik. Azat Narquliyev və Nikita Boçarov əməliyyatdan sonra tam sağalmayıblar. Emil Balayevin isə planlaşdırılmış reabilitasiyası dönəmi hələ də davam edir. Bizə qoşulan oyunçular hələ hazır deyillər”.

Xatırladaq ki, Babayanın “Tobol”a baş məşqçi təyin olunmasından sonra Balayevin komandadan ayrılacağı haqda xəbərlər yayılmışdı.(qol)







Transfer

Alvares üçün 200 milyon avro
  • Transfer
  • 22:13 20.04.2026
Alvares üçün 200 milyon avro