12 mart 2026. Cümə axşamı

Eriksən rəsmən İnter'də


  • Transfer
  • 17:28 28.01.2020
  • Oxunma sayı: 485
Eriksən rəsmən İnter'də

"Tottenhem"in futbolçusu Kristian Eriksenin "İnter"ə keçidi rəsmiləşib.

Corner.az klubun saytına istinadən xəbər verir ki, 27 yaşlı yarımmüdafiəçi ilə 2024-cü ilin iyununa qədər müqavilə imzalanıb. İtaliya mətbuatı bu transfer üçün A seriyası təmsilçisinin 17 milyon sterlinq ödədiyini yazıb. Danimarkalı futbolçunun yeni klubunda ilinə 10 milyon avro qazanacağı bildirilib.


Qeyd edək ki, K.Eriksenin "Tottenhem"lə müqaviləsi bu mövsümün sonu bitirdi.







Transfer