11 may 2026. Bazar ertəsi

Bruno Fernandeş rəsmən Mançester Yunayted'də


  • Transfer
  • 23:44 29.01.2020
  • Oxunma sayı: 456
Bruno Fernandeş rəsmən Mançester Yunayted'də

"Mançester Yunayted" "Sportinq"in futbolçusu  Bruno Fernandeşin transferini açıqlayıb.

Corner.az klubun rəsmi saytına istinadən xəbər verir ki, 25 yaşlı yarımmüdafiəçi sabah tibbi müayinədən keçəcək. Bundan sonra Premyer Liqa klubu portuqaliyalı futbolçu ilə 2025-ci ilədək müqavilə bağlayacaq.

Qeyd edək ki, B.Fernandeş 2017-ci ildən "Sportinq"də oynayır O, bu mövsüm 17 oyuna çıxaraq 8 qol vurub və 7 qolun ötürməsi ilə yadda qalıb.







Transfer