Atletico-nun futbolçusu Lukas Hernandes Bayern Munich-ə transfer olunacağı iddialarıyla bağlı danışıb.
Corner.az Goal.az-a istinadən xəbər verir ki, fransız futbolçu İspaniya mətbuatına açıqlamasında, Münhen təmsilçisindən təklif gələcəyi halda, düşünəcəyini deyib:
“Madriddə özümü çox yaxşı hiss edirəm. Burda mənə güvənirlər. Futbolda hər zaman təkliflər olur. Karyeram üçün ən yaxşı qərarı qəbul etməliyəm. Hələ ki, Bayern Munich-dən bir təklif yoxdur. Yaxşı təklif gələcəyi halda niyə də olmasın? Hər futbolçunun oynamaq istədiyi klublar olur. İndi onların adlarını demək istəmirəm. Hazırda Madriddə hər şey çox yaxşıdır. Təklif olsa, bu barədə düşünəcəm”.
Hernandesin Atletico ilə 2024-cü ilə qədər müqaviləsi var.