12 mart 2026. Cümə axşamı

Hondanın yeni klubu


  • Transfer
  • 21:41 30.01.2020
  • Oxunma sayı: 464
Hondanın yeni klubu
Yaponiya millisinin sabiq futbolçusu Keysuki Hondanın yeni klubu müəyyənləşib.

Corner.az “Globe Esporte”yə istinadən xəbər verir ki, 33 yaşlı yarımmüdafiəçi karyerasını Braziliyada davam etdirəcək. O, “Botafoqo” ilə anlaşıb. Bu gün transferin rəsmən açıqlanacağı bildirilir.

Qeyd edək ki, Honda son olaraq Niderlandın “Vitess” klubunda çıxış edib.





Transfer