- Transfer
- 23:33 20.04.2026
"Qalatasaray" futbolçusu Stiven Nzonzi ilə yolları ayırıb.
Corner.az "NTV Spor"a istinadən xəbər verir ki, 31 yaşlı yarımmüdafiəçinin müqaviləsinə xitam verilib.
Fransalı futbolçu İstanbul klubunda bu mövsümün əvvəlindən icarə əsasında çıxış edirdi.
Qeyd edək ki, S.Nzonzi "Qalatasaray"da 15 matçda oynayıb.