21 aprel 2026. Çərşənbə axşamı

Qarabağ daha bir hücumçu alır


  • Transfer
  • 00:33 01.02.2020
  • Oxunma sayı: 424
Qarabağ daha bir hücumçu alır

"Qarabağ"ın transfer etmək istədiyi daha bir futbolçu müəyyənləşib.

Corner.az Rumıniya mətbuatına istinadən xəbər verir ki, Ağdam təmsilçisi "Voluntari"nin  yarımmüdafiəçisi Aissa Laidounini heyətinə qatmaq istəyir. Bildirilib ki, fransalı oyunçu ilə "Suonsi" də maraqlanır. İngiltərə Premyer Liqa təmsilçisinin onun üçün 1 milyon avro ödəməyə hazır olduğu vurğulanıb. Bu məbləğ üç hissəyə bölünərək Rumıniya klubuna verilə bilər. Ancaq bu gün İngiltərədə transfer pəncərəsinin son günü olduğu üçün Premyer Liqa təmsilçisi tez bir zamanda bu transferi reallaşdırmalıdır.

Əgər bu, baş verməsə, onun Ağdam təmsilçisinə keçəcəyi iddia olunur. "Qarabağ"ın 23 yaşlı futbolçu üçün birdəfəlik 750 min avro ödəməyə hazır olduğu bildirilib.(qol)







Transfer

Alvares üçün 200 milyon avro
  • Transfer
  • 22:13 20.04.2026
Alvares üçün 200 milyon avro