- Transfer
- 23:33 20.04.2026
'Yuventus"un futbolçusu Emre Canın "Borussiya"ya keçidi rəsmiləşib.
Corner.az Bundesliqa klubunun saytına istinadən xəbər veir ki, 26 yaşlı yarımmüdafiəçi bu mövsümün sonuna kimi icarə əsasında Dortmund'da çıxış edəcək.
"Borussiya" bunun üçün qarşı tərəfə 1 milyon avro icarə haqqı ödəyib. Müəyyən şərtlər yerinə yetiriləcəyi təqdirdə, klub yayda 25 milyon avro da ödəyərək onu birdəfəlik almalıdır.
Qeyd edək ki, türk əsilli almaniyalı futbolçu bu mövsüm "Yuventus"da cəmi 279 dəqiqə meydanda olub.