21 aprel 2026. Çərşənbə axşamı

Alper Potuk Qarabağ'da?


  • Transfer
  • 10:53 01.02.2020
  • Oxunma sayı: 580
Alper Potuk Qarabağ'da?

"Qarabağ” “Fənərbaxça”nın yarımmüdafiəçisi Alper Potukla razılığa gəlib.

Corner.az Türkiyənin “Milliyyet” qəzetinə istinadən xəbər verir ki, Ağdam klubu 28 yaşlı futbolçunu birdəlik almaq üçün yüksək təzminat ödəməkdə çətinlik çəkməsindən onu icarəyə götürmək istəyir.

“Fənərbaxça”nın Alperi “Çaykur Rizespor”a icarəyə vermək, futbolçunun özünün isə “Qarabağ”a gəlmək istədiyi bildirilib.

Məlumata görə, “Qarabağ” Alperin maaşının bir hissəsinin “Fənərbaxça” tərəfindən ödənilməsini istəyir. Bildirilir ki, illik 1.2 milyon avro qazanan futbolçunun mövsümün ortası olduğu üçün 600 min avro maaşı qalıb. Ağdam klubunun bu məbləğin yarısından bir qədər çoxunu ödəmək istədiyi iddia olunub.

Yekun qərarı “Fənərbaxça”nın verəcəyi bildirilir.(qol)







Transfer

Alvares üçün 200 milyon avro
  • Transfer
  • 22:13 20.04.2026
Alvares üçün 200 milyon avro