- Transfer
- 01:36 15.08.2026
"Vulverhempton"un futbolçusu Renat Dadaşov "Birmingem Siti"yə keçməkdən imtina edib.
Corner.az-ın "Sky Sports"a istinadən verdiyi məlumata görə, 21 yaşlı hücumçu bu addımı klublar arasındakı icarə anlaşmasına rəğmən atıb.
Dadaşov "canavarlar"la 2019-cu ilin yayında müqavilə bağlasa da, hələ Premyer Liqa matçlarında meydana çıxa bilməyib. O, mövsümün ilk yarısını "Pakuş de Ferreyra" klubunda keçirib. "Birmingem Siti" daha əvvəl "Vulverhempton"dan Pep Kloteti ala bilməyib. Bununla da Çempionşip təmsilçisi heyəti gücləndirməyi qış transfer pəncərəsinin son günlərinə saxladığı üçün azarkeşlərin tənqidləri ilə qarşılaşıb.
Qeyd edək ki, Renat Dadaşov yanvarın 29-da "Vulverhempton"un U-23 komandasının heyətində "Liverpul"la Beynəlxalq Premyer Liqa Kuboku görüşünün 47-ci dəqiqəsində qol vurub.(report)