11 may 2026. Bazar ertəsi

Alper Potukun keçidi alınmasa heç kim gəlməyəcək - Qurban Qurbanov


  • Transfer
  • 21:59 02.02.2020
  • Oxunma sayı: 453
Alper Potukun keçidi alınmasa heç kim gəlməyəcək - Qurban Qurbanov

"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov "Fənərbağça"nın futbolçusu Alper Potukun transferi məsələsindən danışıb.

Corner.az xəbər verir ki, o, Premyer Liqanın 15-ci turunda "Səbail"i məğlub etdikləri oyundan sonra mətbuat konfransında türkiyəli yarımmüdafiəçinin transferi ilə bağlı danışıqların davam etdiyini billdirib:

"Bizdən asılı olan hər şeyi etmişik. O qədər də asan deyil. Son dəqiqələrə qədər danışıqlar olacaq. Dünən bir oyunçudan "yox" cavabı aldıq. Görünən odur ki, alınsa Alper Potukun keçidi reallaşacaq, alınmasa heç kimin".







Transfer