15 avqust 2026. Şənbə

Barselona'dan getmək istəyirdim - Rakitiç


  • Transfer
  • 15:49 03.02.2020
  • Oxunma sayı: 460
Barselona'dan getmək istəyirdim - Rakitiç

"Barselona”nın yarımüdafiəçisi İvan Rakitiç qışda komandanı tərk etmək istəyib.

Corner.az xəbər verir ki, bu haqda o, “Levante”yə qarşı La Liqanın 22-ci turunun oyunundan (2:1) sonra jurnalistlərə deyib.

“Yanvar pəncərəsi zamanı getmək haqda düşünürdüm. Valverdenin (“Barselona”nın sabiq baş məşqçisi – red.) köməkçilərinin mənə münasibəti yaxşı deyildi. Bu, mənim üçün pis vaxtlar idi. İndi isə hər şey keçmişdə qalıb. Onu deyə bilərəm ki, bəzi şeylər xoşuma gəlmirdi”.(qol)







Transfer