- Transfer
- 18:38 24.11.2024
"Fənərbaxça"nın futbolçusu Alper Potukun "Qarabağ"a keçidi alınmayıb.
Corner.az xəbər verir ki, Azərbaycan transfer pəncərəsinin bağlanmasının son gününə - fevralın 3-ə kimi tərəflər arasında danışıqlar getsə də, nəticə əldə olunmayıb. Buna əsas səbəblərdən biri tərəflərin maliyyə məsələlərində razılğa gələ bilməməsi olub. Bundan başqa, Azərbaycan çempionatının səviyyəsinin aşağı olması da qərara təsir edib.
Bundan başqa, Türkiyə mediasının xəbərinə görə, hazırda Alper Potukun atası xərçəng xəstəliyindən əziyyət çəkir və İstanbulda müalicə olunur. 28 yaşlı yarımmüdafiəçi müalicə müddətində atasının yanında qalmaq istədiyi bildirilib.(qol)