6 dekabr 2025. Şənbə

Qvardiola'dan Messi açıqlaması


  • Transfer
  • 19:14 07.02.2020
  • Oxunma sayı: 470
Qvardiola'dan Messi açıqlaması

"Mançester Siti"nin baş məşqçisi Pep Qvardiola "Barselona"nın futbolçusu Lionel Messini transfer edəcəkləri ilə bağlı yayılan iddialara münasibət bildirib.

Corner.az Britaniya mətbuatına istinadən xəbər verir ki, o, argentinalı hücumçunun Kataloniya təmsilçisində qalacağını düşünür.

"Messi "Barselona"nın oyunçusudur. Orada qalacaq. Mənim fikrim bu yöndədir. Başqa komandanın oyunçuları haqda danışmayacağam. Məncə, o, karyerasını "Barselona"da başa vuracaq" - deyə Qvardiola bildirib.

Qeyd edək ki, İspaniya mətbuatı son günlərdə “Barselona” rəhbərliyi ilə problemləri olan Messinin Kataloniya klubundan ayrılacağını yazıb.(qol)







Transfer

Balerdi ilə iki klub maraqlanır
  • Transfer
  • 17:27 06.12.2025
Balerdi ilə iki klub maraqlanır