2 oktyabr 2026. Cümə

Adebayorun yeni klubu


  • Transfer
  • 08:34 09.02.2020
  • Oxunma sayı: 469
Adebayorun yeni klubu
Toqolu futbolçu Emmanuel Adebayorun yeni klubu məlum olub.

Corner.az xarici mətbuata istinadən xəbər verir ki, 35 yaşlı hücumçu karyerasını Paraqvayda davam etdirəcək.
 
Təcrübəli hücumçu “Olimpiya” klubuna keçəcək. Bu barədə klubun sosial şəbəkə hesablarında da məlumat paylaşılıb. Tərəflər arasında yaxın zamanda rəsmi müqavilə imzalanacaq.
 
Karyerası ərzində “Arsenal”, “Real”, “Mançester Siti”, “Tottenhem” kimi klublarda forma geyinən Adebayor, son olaraq Türkiyədə “Kayserispor”un şərəfini qoruyub.






Transfer