"Qarabağ”ın sabiq futbolçusu Reynaldo da Silvanın yeni klubu müəyyənləşib.
Corner.az xəbər verir ki, braziliyalı futbolçu karyerasını Gürcüstanın “Dinamo” klubunda davam etdirəcək. Təcrübəli futbolçu Batumi təmsilçisinə transferini belə şərh edib:
“Karyeramda möhtəşəm səhifə buraxmışam, artıq bu səhifənin davamını “Dinamo”da gətirmək istəyirəm. Bunun üçün əlimdən gələni edəcəm. Yaxşı kollektiv olacağını düşündüyüm üçün bura gəlməyə qərar verdim. Burdakı futbolçularla əlaqə saxladım, iddialı komanda olacağını dedilər. Bura uyğunlaşmaqda mənə kömək edəcək braziliyalı futbolçuları görmək xoşdur. Hədəfim Gürcüstanda çempionluq yaşamaqdır”.
Qeyd edək ki, Reynaldo 2013-2017-ci illərdə, həmçinin 2019-cu ildə “Qarabağ”ın şərəfini qoruyub.