22 oktyabr 2024. Çərşənbə axşamı

Çalhanoğlu gedir ya qalır?


  • Transfer
  • 15:27 30.12.2018
  • Oxunma sayı: 552
Çalhanoğlu gedir ya qalır?

Qış transfer pəncərəsi dövründə Milan-dan ayrılaraq, Almaniyaya gedəcəyi iddia olunan Hakan Çalhanoğlu açıqlama verib. 

Corner.az Goal.az-a istinadən xəbər verir ki, türk futbolçu Milan-dan ayrılmaq fikrində olmadığını deyib:

“Milan-da xoşbəxtəm. Baş məşqçi Cennaro Qattuzo və köməkçiləri ilə də hər şey çox yaxşıdır. Burda özümü yaxşı hiss edirəm. Bəzən mənə hirslənsə də, Qattuzo ilə münasibətim qaydasındadır. O, həmişə qələbə qazanmaq istəyən baş məşqçidir, buna görə də, hirslənməsi normaldır. Ən yaxşısı, Qattuzo hirslənərkən ona nəsə deməməkdir”.

Qeyd edək ki, Almaniyada Hamburg , Bayer kimi klublarda forma geyinən Hakan, 2017-ci ildə 21 milyon avro qarşılığında Milan-a keçib.







Transfer