15 avqust 2026. Şənbə

Ayaks Ziyeçin yeni klubunu açıqladı


  • Transfer
  • 18:02 13.02.2020
  • Oxunma sayı: 501
Ayaks Ziyeçin yeni klubunu açıqladı

"Ayaks" futbolçusu Hakim Ziyeçin "Çelsi"yə transferini  təsdiqləyib.

Corner.az xəbər verir ki, bu barədə Niderland təmsilçisi rəsmi saytı vasitəsi ilə məlumat yayıb. 26 yaşlı hücumçunun bu mövsümün sonadək Hollandiya təmsilçisində qalacağı, iyul ayından London klubuna qoşulacağı bildirilib.

"Çelsi"nin bu transfer üçün "Ayaks"a 44 milyon avro ödəyəcəyi bildirilib.

Qeyd edək ki, H.Zieş bu mövsüm Niderland çempionatında 18 oyunda 6 qol vurub və 13 qolun ötürməsini verib.







Transfer