15 avqust 2026. Şənbə

Klubum Azərbaycandan gələn təklifi rədd etdi


  • Transfer
  • 21:04 14.02.2020
  • Oxunma sayı: 610
Klubum Azərbaycandan gələn təklifi rədd etdi

Bolqarıstanın "Levski" klubunun qapıçısı Milan Miyatoviçin Azərbaycanda oynamaq variantı olub.

Corner.az xəbər verir ki, bu barədə 32 yaşlı qolkiper Bolqarıstan mətbuatına açıqlamasında deyib.Miyatoviç bildirib ki, Azərbaycan klublarından birindən əlverişli təklif alıb, ancaq "Levski" onu buraxmaq istəməyib: "Levski"də hər şey mükəmməldir. Onlar məndən razıdırlar, hətta Azərbaycandan göndərilən təklifi rədd etdilər. Bununla belə, komandadan bəzi oyunçular gedirlər, rəhbərlik dəyişir. Klubun mənimlə müqaviləni uzadıb-uzatmayacağı mayda bəlli olacaq". (qol)







Transfer