22 oktyabr 2024. Çərşənbə axşamı

Milan ilk transferini reallaşdırır


  • Transfer
  • 18:33 30.12.2018
  • Oxunma sayı: 570
Milan ilk transferini reallaşdırır
Milan qış transfer pəncərəsi dövründə heyətini yeni futbolçuyla gücləndirməyə hazırlaşır.

Corner.az Goal.az-a istinadən xəbər verir ki, “qırmızı qaralar” Sevilla-nın futbolçusu Luis Muriellə razılaşıb. Bu barədə İtaliya mətbuatı məlumat yayıb.

Xəbərdə, Milan-ın 27 yaşlı forvardı mövsümün sonuna qədər icarəyə götürəcəyi bildirilib.

Milan-ın baş məşqçisi Cennaro Qattuzo da A Seriyasının 19-cu turunda baş tutan SPAL matçından sonra (2:1) keçirilən mətbuat konfransında forvardla görüşdüklərini deyib.

Qeyd edək ki, Sevilla ilə 2024-cü ilə qədə müqaviləsi olan kolumbiyalı forvard, cari mövsümdə 19 qarşılaşmada iştirak edərək, 4 qol vurub.






Transfer